“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Birgə istirahət, güclü kollektiv ruhu

01/07/2026, 18:22
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Bəydövül kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi üçün asudə vaxtın səmərəli təşkili məqsədilə istirahət səfəri təşkil olunub.


Gündəlik pedaqoji fəaliyyətin gərginliyi fonunda keçirilən bu səfər müəllimlər üçün həm mənəvi istirahət, həm də kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsi baxımından əlamətdar olub. Səfər iştirakçılarına xoş ovqat bəxş etməklə yanaşı, onların yeni tədris dövrünə daha yüksək motivasiya ilə hazırlaşmalarına da müsbət təsir göstərib.


Müəllimlər belə təşəbbüslərin təhsil işçilərinin sosial rifahına və asudə vaxtının səmərəli təşkilinə verilən önəmin göstəricisi olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.


ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtının səmərəli təşkili və kollektiv həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: