Xəbərlər
Birgə istirahət, xoş xatirələr və həmrəylik.

ETİHİ Nizami Rayon Komitəsinin dəstəyi ilə üzv təşkilatlardan olan 129 nömrəli tam orta məktəbin müəllim və əməkdaşları üçün növbəti istirahət-gəzinti proqramı təşkil edilib.
Üzv təşkilatların asudə vaxtının səmərəli təşkili, kollektivlər arasında həmrəyliyin, qarşılıqlı ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanır.
Səmimi və xoş ab-havada keçən gəzinti zamanı iştirakçılar gündəlik iş qayğılarından uzaqlaşaraq mənalı istirahət edib, birgə vaxt keçirmək və xoş təəssüratlar qazanmaq imkanı əldə ediblər. Tədbir kollektiv üzvləri arasında dostluq münasibətlərinin və komanda ruhunun daha da güclənməsinə, eyni zamanda sağlam və pozitiv iş mühitinin formalaşmasına öz töhfəsini verib.
ETİHİ Nizami Rayon Komitəsi bundan sonra da üzv təşkilatların sosial rifahının yüksəldilməsi, asudə vaxtının səmərəli təşkili və kollektivlərin birliyinin möhkəmləndirilməsi istiqamətində bu cür layihələrin həyata keçirilməsini davam etdirəcək.





