Xəbərlər
Birinci Qazaxlar kənd məktəbinin kollektivi Şəki və Oğuzda ekskursiyada olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Möhübbət Bayramov adına Birinci Qazaxlar kənd ümumi orta məktəbinin kollektivi üçün Şəki və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi, həmçinin ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər çərçivəsində iştirakçılar Şəki və Oğuz rayonlarının tarixi-mədəni abidələrini, görməli məkanlarını ziyarət edib, bölgələrin təbiəti və turizm imkanları ilə yaxından tanış olublar.
Məktəb kollektivi ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib. İştirakçılar belə maarifləndirici və istirahət xarakterli səfərlərin kollektiv üzvləri arasında həmrəyliyin möhkəmlənməsinə, işgüzar motivasiyanın artırılmasına və xoş ünsiyyət mühitinin formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.



