Xəbərlər
Birlik, diqqət və dəyər

Göyçay Mütalib Muradov adına 4 nömrəli körpələr uşaq evi-baxçasında bu gün xüsusi və yaddaqalan anlar yaşandı. Müəssisənin müdiri Müştaqova Təravət xanımın doğum günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının icra komitəsinin nümayəndəliyi tərəfindən xoş və gözlənilməz sürpriz təşkil olundu.
Səmimi və mehriban atmosferdə keçən görüş zamanı kollektivin ürək sözləri dinlənildi, onların istək və təklifləri diqqətlə qeydə alındı. Bu cür diqqət və qayğı hər bir əməkdaş üçün böyük motivasiya mənbəyidir.
Təravət xanıma məsuliyyətli fəaliyyətində davamlı uğurlar, möhkəm cansağlığı, bitməz enerji və rəhbərlik etdiyi kollektivlə birlikdə daha böyük nailiyyətlər arzulayırıq. Onun rəhbərliyi altında bu ocaq gələcəyimizin balaları üçün daim sevgi, qayğı və inkişaf məkanı olaraq qalacaq.
Doğum gününüz mübarək olsun, Təravət xanım.






