Xəbərlər
Birlik və mehribanlıq süfrəsi
11/11/2026, 16:00

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Eldar Tağızadə adına 164 №-li tam orta məktəbin kollektivi üçün səhər yeməyi təşkil olunub. ETİHİ Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə 164 nömrəli tam orta məktəbin pedaqoji və texniki heyəti üçün səhər yeməyi təşkil olunub.Səmimi və xoş ünsiyyət şəraitində keçən görüşdə kollektiv üzvləri bir araya gələrək fikir mübadiləsi aparıb, həmkarlar arasında dostluq və birlik münasibətlərinin möhkəmləndirilməsi baxımından belə görüşlərin əhəmiyyəti vurğulanıb.Qeyd olunub ki, təhsil işçilərinə diqqət və qayğı göstərilməsi, onların əməyinin qiymətləndirilməsi və kollektiv həmrəyliyinin gücləndirilməsi həmkarlar ittifaqının fəaliyyətində mühüm istiqamətlərdəndir.




