“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Birlikdə daha gözəl

31/08/2026, 11:27
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsi tərəfindən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün istirahət və asudə vaxtın səmərəli təşkili məqsədilə gəzinti təşkil olunub.Gəzinti zamanı kollektiv üzvləri gündəlik iş qayğılarından uzaqlaşaraq xoş və səmimi vaxt keçirib, təbiətin gözəlliyindən zövq alıblar. Birgə istirahət əməkdaşlar arasında həmrəyliyin və xoş ünsiyyətin daha da möhkəmlənməsinə, kollektiv əhval-ruhiyyənin yüksəlməsinə şərait yaradıb.Belə sosial və mədəni tədbirlərin keçirilməsi təhsil işçilərinin əməyinə verilən dəyərin, onların istirahətinin və sosial rifahının diqqətdə saxlanıldığının göstəricisidir.5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün təşkil olunan bu gəzinti xoş təəssüratlarla yadda qalıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: