“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Birlikdə daha sağlam və təhlükəsiz iş mühiti yaradaq

07/04/2026, 22:31
xeber1

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq, Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün müəyyən etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi çərçivəsində ETİHİ Göyçay RK tərəfindən silsilə maarifləndirici tədbirlərin keçirilməsinə start verilib.


Bu çərçivədə rayon üzrə təhsil müəssisələrində işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş mühitinin təşkili, eləcə də psixososial rifahın gücləndirilməsi istiqamətində görüşlər, seminarlar və müzakirələr təşkil olunur.


Məqsədimiz – iş yerlərində sağlam mühitin yaradılması, işçi hüquqlarının qorunması və əmək mədəniyyətinin daha da inkişaf etdirilməsidir.


Birlikdə daha sağlam və təhlükəsiz iş mühiti yaradaq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: