Xəbərlər
Birliyimiz və qardaşlığımız əbədidir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana səfəri, Şuşada Zəfər Gününün qeyd olunması iki qardaş ölkə arasındakı sarsılmaz birliyin və həmrəyliyin növbəti təzahürü oldu. Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Türkiyəni birləşdirən dostluq və qardaşlıq münasibətləri zamanın sınağından keçərək əbədi xarakter daşıyır. Ortaq tarix, milli-mənəvi dəyərlər və qarşılıqlı dəstək bu birliyin sarsılmaz təməlidir.
ADU Həmkarlar İttifaqı Komitəsi Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq və birliyi yüksək qiymətləndirir, iki dövlət arasında dostluq, həmrəylik və strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsini arzulayır. Şuşada Zəfər Gününün birgə qeyd olunması bu birliyin, ortaq tarixin və qarşılıqlı dəstəyin parlaq təzahürüdür.
Bir millət, iki dövlət – Azərbaycan və Türkiyə qardaşlığı əbədidir!



