“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəkidə "Bizdən biri,sadəcə biraz fərqli" adlı tədbir keçirilib.

08/12/2025, 16:23
xeber1

3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Şəki Dövlət Regional Kollecinin təşkilatçılığı və ETİHİ Şəki Şəhər Komitəsinin dəstəyi ilə "Bizdən biri, sadəcə biraz fərqli" adlı tədbir keçirilib.


Tədbirin başlamasından əvvəl əlil tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov,Kollecin direktor müavini Çernobl əlili Rafiq Səmədov,Şəki-Zaqatala Regional Gənclər-İdman İdarəsinin Şəki rayonu üzrə Gənclər-İdman sektorunun baş məsləhətçisi Səbahət Bağırova,Kollecin HİK sədri Samir Əsgərov,Kollecin tədris korpusunda fəaliyyət göstərən İbad Salmanov adına folklor klubunun rəhbəri Telman Çələbiyev, müəllimlər və tələbələr iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini Çernobl əlili Rafiq Səmədov və çıxış edən digər natiqlər tədbirin əhəmiyyətindən söz açaraq bu cür tədbirlərin əlillərin cəmiyyətə inteqrasiyasına böyük təsiri olduğunu vurğulayıblar.

Çıxışı zamanı Ziyafət Xasiyeva əlillərə göstərilən dövlət qayğısından danışaraq hal hazırda təhsil müəssisələrində fəaliyyət göstərən 242 nəfər əlil təhsil işçisinin olduğunu və onlara Nazirlər Kabinetinin müvafiq qərarına əsasən əməkhaqqına hesablanmış əlavələrin şamil edildiyini vurğulayaraq təhsil işçiləri ilə bərabər ittifaq üzvü olan 9 tələbəyə də sanatoriya və istirahət imkanlarından ödənişsiz istifadəsinin mümkün olduğunu qeyd edib.

Daha sonra Kollecdə fəaliyyət göstərən 27 nəfər əlil ittifaq üzvünə hədiyyələr təqdim olunub.


Sonda isə əlil tələbələr şeirlər söyləyib və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Şəki rayon sektorunun İbad Salmanov adına folklor klubunun üzvlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: