“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsi tərəfindən "Bizə Zəfər Yaraşır" adlı silsilə tədbirlər keçirilib

06/11/2025, 15:27
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin və təhsil müəssisə rəhbərlərinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rayonun 114, 232, 190 və 290 nömrəli təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Tədbirlərdə Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlər yad edilib, qazilərə can sağlığı və uzun ömür arzulanıb.

Şagirdlər Vətənə, bayrağa və igidlik mövzusuna həsr olunmuş şeirlər səsləndirib, çıxışlarında dövlət rəmzlərinə və qəhrəmanlara olan sevgilərini ifadə ediblər.


Sonda iştirakçılar Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bu qürur və zəfər dolu günü xalqımıza bəxş etdiyi üçün dərin minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: