Xəbərlər
BMA-da Xalq artisti Zəhra Quliyevanın 75 illik yubileyi qeyd olunub
27/10/2026, 16:49

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli 21 oktyabr 2026-cı il tarixində BMA kollektivi adından tanınmış skripkaçı, Xalq artisti, professor Zəhra Quliyevanı 75 illik yubileyi münasibətilə təbrik edərək, ona cansağlığı və fəaliyyətində uğurlar arzuladı.




