Xəbərlər
BMU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
09/07/2026, 13:33

Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.
Öncə soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca hadisələri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 1918-ci ilin 31 martını tariximizin ən faciəli səhifələrindən biri adlandırıb. Bildirib ki, kütləvi qırğınlar nəticəsində minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması, milli-mədəni irsimizə ağır zərbə vurulması təkcə xalqımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir.






