“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BMU-da Beynəlxalq Tələbələr Klubu yaradıldı

09/07/2026, 13:48
xeber1

Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq Tələbələr Klubu təsis olunub.


Bu məqsədlə keçirilən tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev vurğulayıb ki, son illər universitetdə təhsil alan əcnəbi tələbələrin sayı və coğrafiyası nəzərəçarpacaq dərəcədə genişlənib. Hazırda BMU-da 40 ölkədən tələbələr təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə təmsil olunan dövlətlərin, habelə tələbə sayının təxminən iki dəfədən çox artdığını göstərir. Bu dinamika universitetin qlobal təhsil məkanına inteqrasiyasının və beynəlxalq mühitdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, əcnəbi tələbələrin akademik, sosial inteqrasiyasını daha sistemli şəkildə təmin edəcək institusional mexanizmlərin yaradılmasını zərurətə çevirir. Hazırda BMU-da ümumilikdə 20-dən artıq tələbə klubunun fəaliyyət göstərdiyini, onların sırasına əcnəbi tələbələrdən ibarət yeni klubun qoşulmasının təqdirəlayiq hal olduğunu deyən Yaqub Piriyev, eyni zamanda bu addımın multikulturalizm prinsiplərinin ali təhsil mühitində təşviqi baxımından önəminə diqqət çəkib. Qeyd edib ki, müxtəlif mədəni və sosial mühitlərdən olan xarici tələbələrin belə bir platformada birləşməsi dialoqun, tolerantlığın formalaşmasına, fərqli dəyərlərin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verəcək. Yeni sosial layihələrin, ideyaların həyata keçirilməsində klub üzvlərini fəal olmağa çağıran, onlara fəaliyyətlərində uğurlar arzulayan rektor bildirib ki, görülən işlər nəticə etibarilə tələbələrin liderlik və kommunikasiya bacarıqlarının inkişafına da müsbət təsir göstərəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: