“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BMU-da gənclərin fövqəladə hallarda roluna həsr olunan tədbir keçirilib

09/07/2026, 13:58
xeber1

Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi ilə birlikdə “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.


Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.


Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi, ölkədə təhlükəsizlik sisteminin gücləndirilməsi, fövqəladə hallara hazırlığın artırılması, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən ardıcıl siyasətdən danışıb. Rektor çıxışında bildirib ki, müasir dövrdə təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar həm dövlətlər, həm də cəmiyyətlər üçün ciddi çağırışlar yaradır. Bu cür çağırışlara uyğun effektiv mübarizə yalnız aidiyyəti dövlət qurumlarının fəaliyyəti ilə deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələri, əsasən də gənc nəslin hazırlıq səviyyəsi və sosial məsuliyyəti ilə sıx bağlıdır. Yaqub Piriyev vurğulayıb ki, fövqəladə hallara hazırlıq və problemlərin aradan qaldırılması istiqamətində dayanıqlı nəticələr əldə etmək üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qabaqlayıcı mexanizmlərin gücləndirilməsi və ictimai iştirakçılığın artırılması vacibdir. Bu baxımdan gənclərin bilikli, təşəbbüskar, psixoloji cəhətdən hazırlıqlı fərdlər kimi formalaşması böyük əhəmiyyət daşıyır. Yaqub Piriyev BMU-da tələbələrin vətəndaş mövqeyi, təhlükəsizlik mədəniyyəti və cəmiyyətə faydalılıq prinsiplərinə əsaslanan dəyərlərə yiyələnməsinə xüsusi diqqət yetirildiyini qeyd edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: