“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BMU-da görkəmli heykəltəraş Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib

08/07/2026, 11:28
xeber1

Bakı Mühəndislik Universitetində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, akademik Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib.

Sərgidə Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq sənətinin inkişafındakı rolu, monumental sənət sahəsində yaratdığı dəyərli əsərlər və milli mədəniyyətimizə verdiyi töhfələr vurğulanıb. Tədbir tələbələr, gənc memarlar, dizaynerlər və incəsənətsevərlər üçün mühüm ilham mənbəyi kimi dəyərləndirilib.

Akademik Ömər Eldarov sərginin BMU-da təşkilindən məmnunluğunu ifadə edərək gənclərə seçdikləri peşəyə sevgi və bağlılıqla yanaşmağı tövsiyə edib. Tədbir çərçivəsində BMU tələbələrinin əl əməyini əks etdirən dekorativ sənət nümunəsi görkəmli sənətkara hədiyyə olunub.

Sərgidə BMU tələbələri ilə yanaşı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər. Sonda iştirakçılar sərgi ilə tanış olub, sənətkarın yaradıcılığına dair fikir mübadiləsi aparıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: