Xəbərlər
BMU-da materialşünaslıqda müasir tendensiyalara həsr olunan seminar

Bakı Mühəndislik Universitetində “Materialşünaslıqda müasir tendensiyalar: İnnovativ materiallar və yeni tədqiqat üsulları” mövzusunda müəllim və tələbələr üçün elmi seminar keçirilib.
Seminarda Dizayn kafedrasının dosenti Yasin Xəlilov “İnnovativ materialşünaslıq: Keçmişdən gələcəyə” adlı məruzə ilə çıxış edərək materialşünaslıq sahəsində baş verən yeniliklər, yeni nəsil materialların inkişafı və müasir tədqiqat yanaşmaları barədə məlumat verib.
Məruzədə rəqəmsal texnologiyaların innovativ materialların yaranmasına təsiri, multidissiplinar metodların tətbiqi və müasir dizaynda davamlı, yüngül və möhkəm materialların əhəmiyyəti vurğulanıb. Seminarda həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.



