Xəbərlər
BMU-da Milli Xalça Festivalı keçirilib

Bakı Mühəndislik Universitetində 5 May - Xalçaçı Günü ilə əlaqədar Milli Xalça Festivalı keçirilib. Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının təşkilatçılığı ilə baş tutan festivalda BMU tələbələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində reabilitasiya keçən şəxslər, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Əzim Əzimzadə adına İncəsənət Kollecinin gənc rəssamları iştirak ediblər. Tədbirdə həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak edərək festivalın təşkilati proseslərinə dəstək göstəriblər.
Festival milli-mədəni dəyərlərin qorunması, xalçaçılıq sənətinin gənclər arasında təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Tədbir çərçivəsində xalça sənətinin xalqımızın milli kimliyi, estetik zövqü və tarixi yaddaşındakı rolu vurğulanıb. Eyni zamanda BMU-da xalq sənətimizin yaşadılması və bu istiqamətdə peşəkar kadrların hazırlanması üçün görülən işlər diqqətə çatdırılıb.







