“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BMU-da orqan donorluğu mövzusunda maarifləndirici tədbir

09/07/2026, 13:16
xeber1

Bakı Mühəndislik Universitetində (BMU) Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu mövzusuna həsr olunmuş tədbir keçirilib.


Tədbirin məqsədi cəmiyyətdə orqan donorluğu ilə bağlı maarifləndirməni artırmaq, bu sahədə məsuliyyətli və humanist yanaşmanı təşviq etmək olub.


Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə orqan donorluğunun dünyada və ölkəmizdə aktuallığını, insan həyatının xilas edilməsində oynadığı mühüm rolu vurğulayıb. Bildirib ki, ölkəmizdə səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi, o cümlədən tibbi xidmətlərin keyfiyyətinin artırılması orqan donorluğu və transplantasiya kimi həyati əhəmiyyətli sahələrin də inkişafına mühüm imkanlar yaradıb. Prorektor bu sahənin daha da inkişafı üçün cəmiyyətin maariflənməsinin vacibliyini, belə görüşlərin sistemli təşkilinin əhəmiyyətini önə çəkib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: