Xəbərlər
BMU-da Rasim Müzəffərlinin solo konserti keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) tanınmış bəstəkar-şair, əfsanəvi “OZAN” qrupunun rəhbəri, Azərbaycanda ilk rok və rok-n-roll janrlarının müəllifi kimi tanınan Rasim Müzəffərlinin “Düzüm-2026” layihəsi çərçivəsində solo konserti keçirilib.
Tədbirdə BMU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə açılış nitqi ilə çıxış edib.
Ardınca universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan konsert proqramında Rasim Müzəffərlinin “Pəncərə”, “Neylərəm”, “Batmış gəminin mahnısı”, “Ey sən” kimi sevilən əsərləri ilə yanaşı, yeni bəstələri də səsləndirilib. İfa zamanı dinləyicilərə Azərbaycan rok musiqisinin formalaşma mərhələlərini əks etdirən zəngin musiqi nümunələri təqdim olunub.





