Xəbərlər
BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Bakı Mühəndislik Universitetinin tələbələri “RobotChallenge Azerbaijan 2026” beynəlxalq texnologiya yarışının yerli mərhələsində uğurlu nəticələr əldə ediblər. Yarışda tələbələr müxtəlif kateqoriyalar üzrə innovativ layihələr və texniki bacarıqlarını nümayiş etdirərək yüksək yerlərə layiq görülüblər.
Nəticələrə əsasən, BMU tələbələrindən ibarət “Linex” komandası Line Follower Adult kateqoriyasında II yer, “Pathix” komandası isə eyni kateqoriya üzrə III yer qazanıb. Freestyle Adult kateqoriyasında isə “JoshuaTech” komandası sənaye tipli hörümçək robotu layihəsi ilə III yerə layiq görülüb.
Yarış çərçivəsində BMU-İNHA İDP tələbələri ilə yanaşı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak edərək təşkilati proseslərə dəstək göstəriblər. BMU tələbələrinin qazandığı bu uğurlar onların robototexnika, innovasiya və mühəndislik sahələrindəki bilik, bacarıq və potensialını bir daha təsdiqləyir.





