“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Breyn rinq intellektual oyun keçirildi

27/12/2025, 10:02
xeber1

Xaçmaz rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin iştirakı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Xaçmaz rayonu üzrə təhsil sektorunun, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin dəstəyi ilə breyn rinq intellektual oyun - "Həmrəylik kuboku" turniri keçirilib. 

İntellektual oyunun açılışında iştirak edən Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Yaşar Abbasov, Quba - Xaçmaz Regional Gənclər və İdman idarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov çıxış edərək tədbirin keçirilməsində əsas məqsəd müəllimlərin asudə vaxtının səmərəli təşkili, həmçinin müəllimlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildiriblər.

Yarışın qalibi Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin "Nanotex" komandası oldu.

 Armudpadar, Sayad kənd ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət "Arzu" komandası ikinci, Xaçmaz şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin "Xaçmaz 6" komandası üçüncü yeri bölüşdülər.

Yekunda qalib gələn komandalar diplom və hədiyyələrlə təltif olundular.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: