Xəbərlər
BSU Azərbaycan Gəncləri günü ilə bağlı tələbələr üçün komanda toplantısı keçirib.
02/02/2026, 20:35

Bakı Slavyan Universiteti (BSU) 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə qış imtahan sessiyasında ən yüksək nəticələr göstərən, həmçinin universitetdə yaradılan “SABAH” qruplarında təhsil alacaq tələbələrin iştirakı ilə “Əmək bazarına rəqabətqabiliyyətli daxil olma yolları” mövzusunda komanda toplantısı keçirib.
Tədbirin məqsədi tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq, müasir çağırışlar fonunda rəqabətədavamlı bacarıqların formalaşdırılmasına töhfə vermək olub.





