“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BSU Çinin ali təhsil ocaqları ilə əlaqələrini genişləndirir

29/06/2026, 00:30
xeber1

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.


BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.


Görüş zamanı tərəflər arasında ali təhsil, elmi-tədqiqat, akademik mübadilə və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrin yekununda Bakı Slavyan Universiteti ilə Hucou Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.


Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərliyi ilə universitetin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində ölkənin pedaqoji təhsil sahəsində aparıcı ali təhsil müəssisələrindən olan Pekin Pedaqoji Universitetində görüş keçirilib.


Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, xarici dillər üzrə pedaqoji təhsilin təşkili, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, yay məktəblərinin təşkili, birgə elmi araşdırmaların aparılması və beynəlxalq konfransların keçirilməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Tərəflər elm və təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, gələcəkdə birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparıblar.


Səfər çərçivəsində Çinin nüfuzlu ali təhsil ocaqlarından olan və dünyada xarici dillərin tədrisi üzrə qabaqcıl universitetlər sırasında yer alan Pekin Xarici Dillər Universitetinin (PXDU) rəhbərliyi ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edilib ki, son illər dövlət başçıları – İlham Əliyev və Si Cinpinin strateji baxışları ilə istiqamətlənən ikitərəfli münasibətlər sürətlə inkişaf edərək, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, hər iki ölkənin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığının daha da irəli aparılması və zənginləşdirilməsi üçün imkanlar yaradıb.


 Bu xüsusda Bakı Slavyan Universiteti ilə Pekin Xarici Dillər Universiteti arasında dillərin, xüsusən də PXDU-da Azərbaycan dilinin, BSU-da isə Çin dilinin tədrisi sahəsində əməkdaşlıq, o cümlədən müəllim və tələbə mübadiləsinin mümkünlüyü vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: