Xəbərlər
BSU-da “Arşın Mal Alan” operettası ilk dəfə ingilis dilində nümayiş olunub.

Mayın 30-da Bakı Slavyan Universitetində (BSU) Dahi bəstəkar Uzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Arşın Mal Alan" operettası səhnələşdirildi. Qeyd etmək istəyirik ki operetta ilk dəfə ingilis dilində keçirilmişdir.
Həmçinin Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev öz çıxışında BSU səhnəsində ilk dəfə olaraq “Arşın mal alan” operettasının yüksək səviyyədə səhnələşdirildiyini qeyd edərək, tələbələrin bu sahədə də istedadlı olduqlarını bildirib. Rektorumuz Anar müəllim həmdə tələbələrin ingilis dilində sərbəst və düzgün tələffüzlə danışmalarını xüsusi vurğulayaraq, onların bu dili yüksək səviyyədə mənimsədiklərini diqqətə çatdırıb və bu uğura görə müəllimlərə təşəkkürünü ifadə edib.
Biz bu gözəl ideya üçün bizə yol göstərən rektorumuz Anar Nağıyevə dərin minnətdarlığımızı bildiririk.





