Xəbərlər
BSU-da Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşlarla görüş keçirilib.

Martın 6-da Bakı Slavyan Universitetində (BSU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin qadın əməkdaşları ilə görüş keçirilib.
BSU-nun rektoru Anar Nağıyev qadın əməkdaşları qarşıdan gələn bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qadınların cəmiyyətin inkişafında, elm və təhsil mühitində oynadığı mühüm rolu vurğulayaraq onların universitetin fəaliyyətinə verdiyi töhfələri xüsusi qeyd edib. Rektor bildirib ki, müasir dövrdə qadınların cəmiyyətdəki rolu və mövqeyi yalnız bərabərlik müstəvisində deyil, həm də onların özünəməxsus imkanları və gücü kontekstində dəyərləndirilməlidir. Bu gün qadınlar elmdə, təhsildə, mədəniyyətdə və ictimai həyatın müxtəlif sahələrində mühüm nailiyyətlərə imza ataraq cəmiyyətin inkişafına böyük töhfələr verirlər. Çıxış edən digər natiqlər vurğulayıblar ki, qadınların cəmiyyətdə artan rolu yalnız sosial və peşəkar fəaliyyətlə məhdudlaşmır. Qadınlar həm də ailə institutunun qorunmasında, gənc nəslin təlim-tərbiyəsində və milli-mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynayırlar. Sonda qadın əməkdaşlara hədiyyələr təqdim olunub.





