Xəbərlər
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim, dosent Ənvər Abbasovun 75 illik yubileyinə həsr olunan “Təhsil innovasiyaları müstəvisində” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbirin həm Ənvər Abbasovun 75 illik yubileyinə, həm də müasir təhsil və ali təhsilin qarşısında duran aktual çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Rektor qeyd edib ki, bu gün ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri əmək bazarının tələblərinə uyğun, innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. O, xüsusilə pedaqoji kadr hazırlığı, təhsil məzmununun yenilənməsi, ömürboyu təhsil, inklüzivlik və süni intellektin tədris prosesinə inteqrasiyası kimi məsələlərin aktuallığını diqqətə çatdırıb.








