“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BSU-da “III Karyera Yarmarkası” keçirilib

31/05/2026, 23:30
xeber1


1 mayda “III Karyera Yarmarkası” keçirilib 2026-cı il tarixində Bakı Slavyan Universitetində (BSU) “III Karyera Yarmarkası” keçirilib. Yarmarkanın əsas məqsədi məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək, onların potensial işəgötürənlərlə birbaşa əlaqə qurmasına imkan yaratmaq olub. Yarmarka çərçivəsində məzunlar real iş mühiti ilə yaxından tanış olub, CV-lərini təqdim etmək və ilkin müsahibələrdə iştirak etmək imkanı qazanıblar.

Yarmarkada müxtəlif sahələri təmsil edən 35 müəssisə iştirak edib və ümumilikdə 200 vakansiya təqdim olunub. Eyni zamanda iştirakçılara peşəkar inkişaf və iş axtarışı strategiyaları ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.

Qeyd edək ki, “III Karyera Yarmarkası”nda 431 məzun iştirak edərək işəgötürənlərlə birbaşa ünsiyyət qurub, mövcud karyera imkanlarını dəyərləndirib

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: