Xəbərlər
BSU “Kariyer Fuarı–2026” adlı sərgidə təmsil olunub.
31/03/2026, 19:51

25–26 mart 2026-cı il tarixlərində Bakı Slavyan Universiteti (BSU) Türkiyə Respublikası Hacettepe Universitetinin dəvəti ilə “Kariyer Fuarı–2026” adlı beynəlxalq sərgidə iştirak edib. Sərgidə BSU-nun təhsil imkanları, akademik potensialı və beynəlxalq əməkdaşlıq istiqamətləri geniş şəkildə təqdim olunub.
Sərgi çərçivəsində ziyarətçilərə universitetin fəaliyyət istiqamətləri, magistratura proqramları, əlavə təhsil imkanları və doktorantura səviyyəsi üzrə tədris prosesi haqqında ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılar BSU-da mövcud olan ixtisaslar, qəbul qaydaları və tələbələr üçün yaradılan inkişaf imkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.




