Xəbərlər
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib

BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib
Mayın 15-də Lənkəran şəhərində Bakı Slavyan Universitetinin (BSU) Müasir Dillər layihəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin III Regional Forumu keçirilib.
Forum Lənkəran-Astara Regional Təhsil İdarəsiinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir qrup xarici dil müəllimlərini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində xarici dil tədrisinin aktual problemləri, innovativ metodların tətbiqi və müəllim hazırlığının keyfiyyətinin artırılması məsələləri geniş müzakirə olunub.









