Xəbərlər
BSU rəhbərliyi şəhid məzunların ailələrini ziyarət edib
29/06/2026, 01:25

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və universitetin rəhbər heyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən universitet məzunlarının – antiterror əməliyyatı zamanı şəhid olan Cavid Azər oğlu Mirzəyevin və Vətən müharibəsi şəhidləri Elnur Əli oğlu Allahverdizadənin, Nicat Ayaz oğlu Şükürlünün, Kənan Yalçın oğlu Rüstəmlinin, Aprel şəhidi Vüqar Natiq oğlu Süleymanovun ailələrini ziyarət ediblər.
Daha sonra universitet rəhbərliyi şəhid məzunların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla anıblar.














