“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BSU tələbələri “Zəfər” muzeyini ziyarət ediblər.

12/11/2025, 16:27
xeber1

Bakı Slavyan Universitetinin tələbələri “Konstitusiya və Suverenlik” ili tədbirlər planı və “Zəfər Həftəsi” çərçivəsində Zəfər Muzeyinə ziyarət ediblər.

Ziyarətin əsas məqsədi tələbələrdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və tarixi yaddaşın möhkəmləndirilməsi, həmçinin Vətən müharibəsi tarixinin daha dərindən öyrənilməsinə şərait yaratmaq olub.


Tələbələr muzeydə nümayiş olunan tarixi eksponatlarla tanış olaraq, Azərbaycan Ordusunun qəhrəmanlıq yolunu, Zəfərə aparan şanlı mübarizə mərhələlərini və şəhidlərimizin misilsiz fədakarlığını yaxından öyrəniblər. Bu səfər gənclərin milli kimliklərinin formalaşmasına, dövlətçilik ideyalarına sadiqliyin güclənməsinə və azərbaycançılıq dəyərlərinin təbliğinə mühüm töhfə verib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: