“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BSU tələbələri Zəfər Parkını ziyarət ediblər.

27/09/2026, 18:22
xeber1

Sentyabrın 27-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət ediblər.

Ziyarət çərçivəsində 8 Noyabr - Zəfər Gününün rəmzi olan memorial abidənin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

BSU kollektivi Vətən uğrunda şəhid olan qəhrəmanların müqəddəs xatirəsinə hörmət və ehtiramını ifadə edib.

Sosial şəbəkələrdə paylaş: