Xəbərlər
BSU THİK İdarə Heyəti Tələbə Həmkarların I Həmrəylik Forumunda.

Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) idarə heyətinin üzvləri Tələbə Həmkarlarının I Həmrəylik Forumunda iştirak ediblər. İlk dəfə təşkil olunan forum 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və tarixi Zəfərimizin beşinci ildönümünə həsr olunub.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forum çərçivəsində çıxış edənlər gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, tələbə həmkarlar ittifaqlarının isə tələbələrin sosial rifahının qorunması və ictimai fəallığının artırılmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan gəncləri ölkəmizin inkişafında, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərində fəal iştirak edirlər.
BSU THİK olaraq tələbə həmrəyliyinin gücləndirilməsinə və gənclərin fəallığının artırılmasına töhfə verməkdən qürur duyuruq.



