Xəbərlər
BSU THİK tələbələri Şəhid Vüsal Babayevin ailəsini ziyarət ediblər.
07/11/2025, 16:13

Bakı Slavyan Universitetinin “Konstitusiya və Suverenlik” İli tədbirlər planı və “Zəfər Həftəsi” çərçivəsində BSU THİK İdarə Heyəti Şəhid Baş Leytenant Vüsal Babayevin ailəsini ziyarət etdi.Bu mənalı görüşdə tələbələrimiz şəhidimizin övladları ilə oyunlar oynayaraq onlara sevgi və qayğı göstərdilər. Məqsəd yalnız bir anlıq deyil, yaddaşlara hopacaq isti bir gün yaşatmaq idi. Vüsal Babayevin ailəsi ilə keçirdiyimiz bu görüş şəhidlərimizin əmanətlərinə sahib çıxmağın sözlə deyil, əməl ilə olduğunu bir daha xatırlatdı. Onların üzündəki təbəssüm bizim üçün ən böyük mükafat oldu.
Zəfərimizin ruhu və şəhidlərimizin ailələri də hər zaman bizim ən dəyərli amanətimiz olacaq.




