“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BSU və Gəncə-Daşkəsən RTİ-nin birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib

31/05/2026, 22:49
xeber1


Aprelin 24-də Bakı Slavyan Universiteti (BSU) və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (Gəncə-Daşkəsən RTİ) birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib. Forum regionun müxtəlif bölgələrindən olan xarici dil müəllimlərini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

Forumda BSU-nun rektoru Anar Nağıyev, Gəncə-Daşkəsən RTİ müdiri Elçin Kərimov, hər iki qurumun, həmçinin Gəncə Dövlət Universitetinin əməkdaşları və xarici dil müəllimləri iştirak ediblər.

Forum şagirdlərin əl işləri və STEAM istiqamətli layihələrinin təqdimatı ilə başlayıb. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şagirdlərin yaradıcılıq və analitik bacarıqlarının inkişaf etdirilməsində innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: