Xəbərlər
BSU Xaçmazda Xarici Dil Müəllimlərinin IV Regional Forumunu keçirib
29/06/2026, 01:29

İyunun 10-da Xaçmaz şəhərində Bakı Slavyan Universitetinin (BSU) Müasir Dillər layihəsi çərçivəsində Quba–Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin IV Regional Forumu keçirilib. Tədbirdə müxtəlif regionlardan xarici dil müəllimləri, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının xarici dil müəllimləri iştirak ediblər.
Forum Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin xarici dil müəllimlərini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.





