“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İbtidai təhsil fakültəsinin əməkdaşları üçün Şamaxıya istirahət-gəzinti təşkil olunub

08/07/2026, 12:25
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İbtidai təhsil fakültəsinin əməkdaşları üçün Şamaxı rayonuna istirahət-gəzintisi təşkil edilib.

Əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin gücləndirilməsi və onların gərgin əmək fəaliyyətindən sonra mənəvi istirahətinin təmin olunması məqsədilə reallaşdırılan səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.

  Şamaxının zəngin tarixi, əsrarəngiz təbiəti və gözəl mənzərələri ilə tanış olan əməkdaşlar xoş və yaddaqalan anlar yaşayıb, səmimi ünsiyyət şəraitində istirahətlərini mənalı şəkildə keçiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və kollektiv ruhunun daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. 


Gallery Image

Sosial şəbəkələrdə paylaş: