“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu dəfə Xocalı soyqırımı qurbanları ADPK-da anıldı

25/02/2026, 16:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə Komitənin sədri Rövşən İbrahimli çıxış edərək Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz iz buraxdığını vurğuladı. O bildirdi ki, bu hadisə təkcə bir tarix səhifəsi deyil, gələcək nəsillərə ötürülməli olan milli yaddaşdır: “Xocalı qurbanlarının qanı yerə tökülməyib. Bu qan bizə Vətəni sevməyi, haqqın yanında olmağı və birliyimizi qorumağı öyrədir.”

Daha sonra qonaqlar – Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Sabir Allahverdiyev, həmin birliyin Hərbi Vətənpərvərlik tərbiyəsi və İdeoloji hazırlıq şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev və təşkilatın Gənclərin Vətənpərvərlik və İdeoloji şöbəsinin rəhbəri, “Qara Palkovnik” ləqəbli Aqil Haqverdiyev çıxış edərək Xocalı soyqırımının tarixi faktlarını diqqətə çatdırdılar.

Kollecin direktoru Amalya Sezgin çıxışında bildirdi: “Bu gün Xocalı torpaqları azaddır və həmin torpaqlarda dünyasını dəyişənlərin xatirəsi ehtiramla yad olunur. Onların ruhları şaddır, çünki tarixi ədalət bərpa olunub. Prezidentimiz İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı, tarixi yaddaş qorunmalı və gələcək nəsillərə ötürülməlidir.”


Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: