Xəbərlər
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi DŞRTİ İsmayıllı Rayon Sektoru ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə geniş tədbir təşkil elədi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi DŞRTİ İsmayıllı Rayon Sektoru ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə geniş tədbir təşkil elədi. Tədbirdə RİH-nin nümayəndəsi Nəsimi Teymurov, YAP Rayon Şöbəsinin sədri Zaur Muradov, Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov , şəhid ailələri , valideynlər iştirak etdilər. UGİM -nin əməkdaşlarının təşkilatçılığı ilə keçirilən tədbirdə körpə fidanların hazırladığı rəqs, şeir, musiqi kompozisiyaları iştirakçıların marağına səbəb oldu. Böyük sevinc hissi ilə şənlənən məktəblilər və uşaq baxçası fidanları ETİHİ Rayon Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Bütün uşaqları 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edirik, sağlam həyat və sevincli günlər arzulayırıq.






















