Xəbərlər
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov,İsmayıllı RİH başçısının İƏD üzrə nümayəndəsi Qiyas Abdullayev, şagirdlər və müəllimlər iştirak etdi.
Tədbirdən öncə məktəbin foyesində ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirdik.
Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək tədbirimizə başladıq.
Şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ümummilli liderə həsr olumuş şeirləri dinlədik.
İsmayıllı şəhər E. Məmmədov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Rəşadət Abdulov Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Çıxış edən digər natiqlər dahi sərkərdənin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs etdilər.
Bir daha ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, uca Allahdan rəhmət diləyirik.





















