“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk həmkarlar təşkilatı İsmayıllı şəhəri Talıstan liseyində "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı" ilə əlaqədar tədbir keçirildi.

30/12/2025, 10:53
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk həmkarlar təşkilatı İsmayıllı şəhəri Talıstan liseyində "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı" ilə əlaqədar tədbir keçirildi.


Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov ,Əməkdar müəllim Şəfaqət Rəsulov , "Tərəqqi" medallı müəllim Hacıməmməd Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair- jurnalist Şahməmməd Dağlaroğlu , müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak etdilər. 


 Tədbirdə çıxış edən natiqlər "Həmrəylik Günü"nün önəmindən söz açaraq iştirakçıları hər iki bayram münasibətilə təbrik etdilər. 

 Liseyin bir qrup müəllimi səmərəli fəaliyyətinə görə ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi.


 Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

 Bayramınız mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: