“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı E. Məmmədov adına şəhər 3 saylı məktəb litseydə ömrünün 40 ilindən çoxunu təhsilin inkişafına həsr etmiş qabaqcıl müəllimlərin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir.

08/01/2026, 10:56
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı E. Məmmədov adına şəhər 3 saylı məktəb litseydə ömrünün 40 ilindən çoxunu təhsilin inkişafına həsr etmiş qabaqcıl müəllimlərin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir.  


Liseyin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. İbtidai sinif müəllimi Hüseynova Zümrüd Gülalı qızı və fiziki tərbiyə müəllimi Səmədov Vidadi Səməd oğlunun 65 yubiley yaşının tamam olması münasibətilə kollektiv üzvlərinin və məktəb rəhbərliyinin səmimi təbrikləri səsləndirildi. 


ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin kollektivə salamlarını çatdıran Rayon Komitəsi sədri çıxış edərək ömrünün ən dəyərli illərini müəllimlik sənətinə həsr etmiş, yüzlərlə şagirdin həyatına bilik, tərbiyə və insanlıq toxumu səpmiş, şərəfli və ləyaqətli həyatını yaşamış yubilyarlar haqqında xoş xatirələrini bölüşdü. 


Sonda yubilyar müəllimlər ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldı. 


 Rayonun təhsil ictimaiyyəti adından Zümrüd Hüseynova və Vidadi Səmədovu yubiley yaşlarının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm sağlamlıq və xoş istirahətlər arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: