Xəbərlər
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Cülyan kənd uşaq bağçasında çalışmanın son yaş həddinə çatmış işçilərin yubiley tədbiri keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Cülyan kənd uşaq bağçasında çalışmanın son yaş həddinə çatmış işçilərin yubiley tədbiri keçirildi.
Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər.
65 illik ömürlərinin ən dəyərli çağlarını gələcəyimiz olan uşaqlara həsr etmiş Cülyan kənd uşaq bağçasının xadimə- dayəsi Nəzirova Elmira Məhyəddin qızı və tərbiyəçi müəllim İdrisova Rəsmiyyə Hacıbala qızının yubiley tədbiri kövrək notlarla yadda qaldı.Çıxış edən natiqlər hər iki yubilyarın kəndin balalarına yalnız bilik deyil , sevgi , mərhəmət və həyat dərsi verdiyini bildirdilər.
Sizin zəhmətinizlə neçə- neçə uşaq ilk addımlarını atıb, ilk hərflərini öyrənib, ilk uğurlarını qazanıb. Siz sadəcə tərbiyəçi olmadınız- siz uşaqlar üçün ikinci ana , valideynlər üçün güvən ünvanı oldunuz. Sizin gülər üzünüz , səbriniz və isti sözləriniz neçə- neçə körpənin yaddaşlarında ömürlük iz buraxdı.
Yubilyarlara möhkəm can sağlığı , rahat və xoş günlər arzulandı.
Bütün təhsil ictimaiyyəti adından hər iki yubilyarı təbrik edirik, möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.










