“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E.Məmmədov adına şəhər 3 saylı məktəb liseydə çalışmanın son yaş həddinə çatmış texniki işçi Daşdıyeva Validənin 65 illik yubiley tədbiri keçirilmişdir.

29/07/2026, 15:16
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E.Məmmədov adına şəhər 3 saylı məktəb liseydə çalışmanın son yaş həddinə çatmış texniki işçi Daşdıyeva Validənin 65 illik yubiley tədbiri keçirilmişdir. 


Tədbirdə ETİHİ Rayon Komitəsinin üzvü , ilk həmkarlar təşkilatının sədri Çingiz Muradlı , liseyin direktoru Vasif Abdullayev və texniki heyyət iştirak ediblər. Yubılyar haqqında çıxış edən natiqlər Validə xanımın işinə çox məsuliyyətlə yanaşdığını və öz səmimiliyi ilə kollektivin dərin hörmətini qazandığını vurğulayıblar. 


Qeyd olundu ki, Validə Daşdıyevə ömrünün çox hissəsini məktəbin təmizliyinə, səliqə sahmanına sərf edərək həm müəllimlərin iş və əmək şəraitinin yaxşılaşdırılmasına, həm də şagirdlərin normal təhsil alması üçün təmiz və səliqəli sinif otaqlarının saxlanılması üçün böyük zəhmət sərf eləmişdir. O həm də səmimi, gülərüz , mehriban xarakteri ilə bütün kollektivin hörmətini qazanmışdır. Sonda yubilyar Elm və Təhsil İşçiləri Həmkarıar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır. 


 Liseyin texniki işçisi Validə Daşdıyevanı 65 yubiley yaşının tamam olması münasibətilə bütün təhsil ictimaiyyəti adından təbrik edir, ona sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: