“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Kürdmaşı kənd tam orta ümumtəhsil məktəbində yubiley yaşı tamam olan təhsil işçilərinə yubiley tədbiri keçirildi.

16/04/2026, 22:53
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Kürdmaşı kənd tam orta ümumtəhsil məktəbində yubiley yaşı tamam olan təhsil işçilərinə yubiley tədbiri keçirildi. 


Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri, valideynlər İştirak etdilər .Çalışmanın son yaş həddinə çatan qabaqcıl ibtidai sinif müəllimi Məmmədova Fəridə Cəbi qızı və Azərbaycan dili və ədəbiyyatı müəllimi İsgəndərova Dilşad Əliyar qızı, həmçinin 60 yubiley yaşı tamam olan məktəbin kargüzarı Nəbiyeva Göyçək Sərxan qızının birlikdə yubiley tədbiri kövrək notlarla tədbir iştirakçılarının marağına səbəb oldu. 


Hər bir yubilyar haqqında çıxış edənlər onların öz işlərinin öhdəsindən layiqincə gəldiyini, səmimiyyəti və öz peşəsinə sevgisi ilə bütün kollektivin dərin hörmətini qazandıqlarını bildirdilər.Öz şərəfli müəllimlik peşəsilə fəxr edən ,yüzlərlə şagirdə həm bilik ,həm də həyat dərsi verən ,çalışmanın son yaş həddi 65 yaşa çatan Fəridə və Dilşad müəllimə haqqında, həmçinin kollektiv üzvlərinin sənədləşmə işlərinə hər vaxt yardımçı olan kargüzar Göyçək xanımın həyat və iş fəailiyyəti haqqında məktəbin direktoru Məhəbbət Qəmbərova çıxış edərək məlumat verdi və kollektiv üzvləri adından səmimi arzularını bildirdi.


 Sonda yubilyarlar ETİHİ İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar. 

 Hörmətli təhsil işçilərimiz Fəridə Məmmədova, Dilşad İsgəndərova və Göyçək Nəbiyevanı yubiley yaşlarının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adından təbrik edirik. Onlara ən şirin nemət olan can sağlığı, işlərində müvəffəqiyyətlər və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: