“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəb ilk həmkarlar ittifaqı komitə sədrinin növbədənkənar seçkisi keçirilmişdir.

22/04/2026, 16:49
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəb ilk həmkarlar ittifaqı komitə sədrinin növbədənkənar seçkisi keçirilmişdir. 


İclasda ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etmişdir. Başqa işə keçməsilə əlaqədar ərizə ilə müraciət etmiş ilk təşkilatın sədri Aytel Qurbanovanın yerinə komitənin üzvü , ali təhsilli, tarix müəllimi Süleymanova Ülkər Ötər qızı səsvermə yolu ilə ilk təşkilatın yeni sədri seçilmişdir. 


Rayon Komitəsi sədri çıxış edərək Həmkarlar İttifaqı sahəsində AHİK-in və ETİHİ Respublika Komitəsinin son dövrdə həyata keçirdiyi layihələrdən , sanatoriya və istirahət evlərinə göndərişlərin elektron qaydada verilməsinə aid təlimatı ittifaq üzvlərinə çatdırdı. İttifaq üzvlərini maraqlandıran suallar cavablandırıldı. Yeni seçilmiş həmkarlar ittifaqı Komitəsinin sədri Ülkər Süleymanovanı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: