Xəbərlər
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N.Behdiyev adına şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən " Əlaçı" televiziya verilişinin qalibi, məktəbin XI sinif şagirdi Qasımlı Esmiralda Emin qızının mükafatlanma təqdimatı keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N.Behdiyev adına şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən " Əlaçı" televiziya verilişinin qalibi, məktəbin XI sinif şagirdi Qasımlı Esmiralda Emin qızının mükafatlanma təqdimatı keçirildi. Tədbirdə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov , məktəbin sabiq direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Qalib Bəşirov və məktəbin müəllim, şagird kollektivi iştirak etdilər.Görüşdə çıxış edən natiqlər " Əlaçı" televiziya verilişində qalib olmuş şagird adətən yüksək bilik səviyyəsi , məntiqi düşünmə qabiliyyəti və geniş dünyagörüşü ilə seçilən məktəblilərin olduğunu bildirdilər. Şəhər 6 nömrəli tam orta məktəbdə dərslərdə yüksək nəticə göstərən, sürətli və düzgün qərar vermə bacarığına malik , oxumağa və araşdırmağa böyük maraq göstərən , özünə inamlı və səbirli şagirdlərin yetişdirilməsi ənənə halını alması hamımızı sevindirir. Belə istedadlı şagirdlərin yetişdirilməsi onlara dərs deyən müəllimlərin gərgin zəhmətinin bəhrəsidir. Bu dərs ilində artıq 2- ci qalib olan Esmiraldaya uğurlar, qarşıdakı imtahanlarda müvəffəqiyyətlər arzulandı.
Sonda " Əlaçı" televiziya verilişinin qalibi Qasımlı Esmiralda ETİHİ Rayon Komitəsinin diplomu və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Qalib olmuş əlaçı şagirdimizi və onun müəllimlərini təbrik edir, gələcək fəailiyyətlərində uğurlar arzulayırıq.













