“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Şəhər 1 nömrəli uşaq bağçasında məktəbə hazırlıq qrupunun hesabat xarakterli " məzun günü" tədbiri keçirildi.

20/06/2026, 10:12
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Şəhər 1 nömrəli uşaq bağçasında məktəbə hazırlıq qrupunun hesabat xarakterli " məzun günü" tədbiri keçirildi. 


Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov ,şəhər uşaq bağçası nümayəndələri,1 nömrəli şəhər uşaq bağçası kollektiv üzvləri, hazırlıq qrupunun valideynləri iştirak etdilər. Məktəbəhazırlıq qrupunun kiçik fidanlarının ifasında təqdim olunan şeir, musiqi, rəqs nömrələri, kompozisiyalar valideynlərin və qonaqların marağına səbəb oldu.  


Sonda kiçik yaşlı məktəbəqədər uşaqların təlim tərbiyəsində fəallıq göstərən gənc tərbiyəçi müəllimlər ETİHİ Rayon Komitəsinin təşəkkürnamələri ilə təltif olundular.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: