“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı şəhər 3 saylı körpələr evi- uşaq bağçasında tərbiyəçi müəllim Babayeva Gülxanım Ərzuman qızının çalışmanın son yaş həddi 65 yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi.

31/07/2026, 16:03
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı şəhər 3 saylı körpələr evi- uşaq bağçasında tərbiyəçi müəllim Babayeva Gülxanım Ərzuman qızının çalışmanın son yaş həddi 65 yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi. 


Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov , kollektiv üzvləri və valideynlər iştirak etdilər.İştirak edən qonaqlar və iş yoldaşları yubilyar haqqında xoş xatirələrini və təbriklərini bildirdilər.Qeyd olundu ki, bu gün həm duyğulu, həm də qürurverici bir gündür.


Uzun illər ərzində göstərdiyiniz zəhmət, uşaqlara bəxş etdiyiniz sevgi, qayğı və fədəkarlıq hər zaman minnətdarlıqla xatırlanacaqdır.Gülxanım müəllimə təkcə uşaqlara bilik və tərbiyə vermədi, həm də onların qəlbində sevgi, mehribanlıq və insanlıq toxumlarını səpdi, yüzlərlə ailənin və uşağın həyatında gözəl izlər buraxdı. 


Bunu bu gün Gülxanım müəllimənin təbrikinə gələn illərlə yetişdirdiyi, tərbiyə verdiyi uşaqların simalarından görmək olardı.

 Gülxanım Babayeva uzun illər səmərəli pedaqoji fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.


 Gülxanım müəlliməni yubiley yaşının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adından təbrik edirik, ona sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: