“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Xanagah kənd ümumi orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatmış riyaziyyat müəllimi Nəbiyev Sahib Cahangir oğlunun 65 illik yubiley tədbiri keçirildi.

02/03/2026, 22:01
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Xanagah kənd ümumi orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatmış riyaziyyat müəllimi Nəbiyev Sahib Cahangir oğlunun 65 illik yubiley tədbiri keçirildi.Tədbirdə DŞRTİ İsmayıllı Rayon sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Çıxış edən natiqlər 65 illik bir ömrün 40 ilindən çoxunu kənd məktəbinin divarları arasında yüzlərlə şagirdin həyata yetişməsində , uğur qazanmasında hədsiz zəhməti olan Sahib Nəbiyevin həyat və iş fəailiyyəti haqqında danışaraq ona sağlamlıq və xoş istirahət arzuladılar. Öz sənətini sevən, zəhməti ilə kollektivin və kənd ictimaiyyətinin hörmətini qazanan Sahib müəllim ona göstərilən diqqətə görə kollektivə və rəhbərliyə öz təşəkkürünü bildirdi. 

 Hörmətli Sahib müəllim, 65 yaşınız mübarək olsun! Bütün təhsil ictimaiyyəti adından sizə möhkəm can sağlığı , uzun ömür, ailə səadəti və yetirmələrinizin uğurlarını görmək sevincini arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: